Gədəbəydə təhsil işçilərinin bölgələrə səfərləri təşkil olunub

ATİAHİ Gədəbəy rayon komitəsinin təşkilatçılığı ilə rayonun təhsil işçilərinin və məktəblilərinin ölkəmizin gəzməli yerlərinə səfərləri təşkil olunub.
Asudə vaxtın səmərəli keçirilməsi üçün təşkil olunan gəzintilərdə rayonun Talakənd kənd ümumi orta məktəbinin, Məhəmməd Füzuli adına Böyük Qaramurad kənd tam orta məktəbinin və 1 №-li Miskinli kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.
Gəzinti zamanı səfər edilən rayonlarda olan tarixi abidələr ziyarət olunub, gözəl mənzərəli yerlər seyr edilib, süfrə açılıb, ləziz milli təamlardan dadılıb, fotolar çəkdirilib.
Səfər iştirakçıları təşkil olunan gəzintidən məmnun olduqlarını dilə gətirib, təşkilatçılara minnətdarlıq ediblər.
Bundan başqa, həmçinin komitə tərəfindən rayonun Mehman Alıyev adına Qaradağ kənd ümumi orta məktəbinin müəllimlərinin istirahətləri təşkil olunub, süfrə açılıb, fotolar çəkdirilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo