Gədəbəydə müəllimlər günü qeyd olunub

Gədəbəy rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Gədəbəy rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə rayon məktəblərinin fəal müəllimləri iştirak ediblər.
Çıxış edənlər dövlətimizin təhsil siyasətindən, bu istiqamətdə görülən işlərdən, həyata keçirilən islahatlardan danışıblar. Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yüzlərlə məktəblər tikilib, təmir edilib, invertarlarla təchiz olunub. Müəllimlərə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi addımlar atılır, əməkhaqları artırılır. Müəllimlər onlara göstərilən diqqətə görə, təşəkkür ediblər.
Sonda müəllmlərə rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo