Gədəbəy rayonunda 2 fevral Gənclər Günü qeyd olunub
ATİAHİ Gədəbəy rayon komitəsi 2 Fevral Gənclər Günü münasibəti ilə rayonun gənc müəllimlərinin iştirakı ilə tədbir keçirib. Tədbirdə rayon komitəsinin sədri Zakir Orucov çıxış edərək Azərbaycanda və Gədəbəy rayonunda həyata keçirilən gənclər siyasətindən danışıb, gəncləri təbrik edib. Gənc həmkarlar ittifaqı üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.