ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. 

Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.
İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.  

 

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo