ATİAHİ Gədəbəy rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Təhsil Şöbəsinin və rayon məktəblərinin qadın müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qadınların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən, fəal vətəndaşlıq mövqeyindən, dövlətimizin qadın siyasətindən, qadın hüquqlarının qorunmasından, qadın hüquqlarının tənzimlənməsinə xidmət edən normativ sənədlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Sonda qadın iştirakçılara müxtəlif hədiyyələr və mükafatlar təqdim olunub.